Rusiyada sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan silahlı insident yaşanıb. Bu barədə "Kras Mash" Telegram kanalı məlumat yayıb. Qeyd edilib ki, Minusinskdə yol polisi əməkdaşları içərisində yeniyetmə olan avtomobilə atəş açıblar.
"Sürücülük hüququ, sənədləri, qorxu hissi olmayan 17 yaşlı oğlan işıqforun qırmızı işığında keçərək avtomobili yarış maşınları kimi sürüb O, səkilərə çıxıb və hər yolla yol polisindən qaçmağa çalışırmış. Qaçış sonda avtomobilə atəş açılması ilə başa çatıb".
Patrul avtomobilinin kamerası hadisəni anbaan lentə alıb. Görüntülərdə asayiş keşikçilərinin sürücüsü onların saxlama tələbinə əməl etməyən avtomobili izlədiyi görünür. Daha sonra çəkilişdə yol polisi əməkdaşının təkərə atəş açması əks olunub.
Tural