Aydın şəhərində baş verən dəhşətli hadisə heyvansevərləri və ictimaiyyəti sarsıdıb. Naməlum şəxs, sevmək bəhanəsi ilə yaxınlaşdığı küçə pişiyinin quyruğunu kəsib və hadisə yerindən uzaqlaşıb. Hadisənin görüntüləri ətrafdakı təhlükəsizlik kamerası tərəfindən saniyə-saniyə qeydə alınıb.
Məlumata görə, hadisə şəhər mərkəzində baş verib. Naməlum şəxs əvvəlcə pişiyə mehribanlıq göstərirmiş kimi davranıb. Lakin qəfil əlindəki kəsici alətlə pişiyin quyruğunu kəsərək götürüb və ərazidən qaçıb.
Hadisə ilə bağlı araşdırma aparılır.