Pezeşkian İlham Əliyevə təşəkkür etdi - FOTOLAR

Pezeşkian İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
14:08

“İƏT-in 17-ci sammitinə ev sahibliyi etdiyinizə görə, İlham Əliyev, sizə və Azərbaycan xalqına təşəkkür edirəm”.

News365.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə çıxışı zamanı deyib.

İran lideri çıxışında cari ilin iyunun 13-də İsrail və İran arasında baş verən hərbi gərginliyə münasibət bildirib. Onun sözlərinə görə, iyunun 13-də İsrail İrana qarşı hücumlara başlayıb.

Pezeşkian qeyd edib ki, İran bu hücumlara cavab verib, bölgədə müharibənin baş verməsinin qarşısını alıb: “Bir çox qlobal təşkilatlar tərəfindən İslam Əməkdaşlıq Təşkilatının XİN rəhbərlərinin son iclasında İrana qarşı hücumlara sərt mövqe nümayiş etdirilib”.

***

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 4-də Azərbaycana səfər edib.

News365.az xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İran Prezidenti Məsud Pezeşkianı Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.


 

 



Sizin reklam burada
Sizin reklam burada