Pezeşkian Təbrizə taksi ilə gedib

Pezeşkian Təbrizə taksi ilə gedib
17 İyl 2025 22:30

İran prezidenti Məsud Pezeşkianın rəhbərlik etdiyi nümayəndə heyəti Təbrizə gedərkən yolda qalıb.

News365.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə prezident administrasiyasının rəsmisi Mustafa Mövləvi bildirib.

Onun sözlərinə görə, Tehrandan Təbriz istiqamətində hərəkət edən və içində ölkə başçısının da olduğu avtomobil karvanı yolda yanacaqdoldurma məntəqəsinə (YDM) daxil olub. YDM-də rəsmi avtomobillərə verilən yanacaq sulu olub və səbəbdən avtomobillərdə nasazlıq əmələ gəlib.

Bundan sonra Pezeşkian və onu müşayiət edən rəsmilər yoluna taksi ilə davam edib.

Araşdırmalaran sonra məlum olub ki, sözügedən YDM yanacağa su qatırmış və müvafiq qurumlara sürücülərdən bu tipi şikayət daxil olurmuş.


Sizin reklam burada
Sizin reklam burada