İran Prezidenti Məsud Pezeşkian Nyu-Yorkdan
1100 tarixi lövhəni ölkəsinə qaytarıb.
News365.az xəbər verir ki, məlumatı
“Mehr” agentliyi yayıb.
Bildirilib ki, lövhələr bizim eradan əvvəl
V əsrdə Əhəmənilər imperiyasının hökmdarı I Daraya məxsus olub.
Lövhələrin qaytarılması İranın Xarici İşlər
və Mədəni İrs nazirlikləri ilə ABŞ-nin Çikaqo Universiteti və ABŞ Prezidentinin
hüquq şöbəsi arasında intensiv danışıqlardan sonra baş verib.
Bu lövhələr çox vaxt mixi yazı ilə elam və
ya aramey dillərində yazılıb. Müxtəlif forma və ölçülərdədir. Mövzuları əsasən
resursların idarə edilməsi, yollar, sosial münasibətlər, əsas həyat
ehtiyacları, əməkhaqqı və Əhəməni cəmiyyətinin iqtisadiyyatı ilə bağlıdır.
Məsud Pezeşkian BMT Baş Assambleyasının
79-cu sessiyasında iştirak etmək üçün ABŞ-nin Nyu-York şəhərində səfərdə olub.
O, səfərdən dönərkən həmin tarixi abidələri ölkəsinə gətirib.