"İstanbulu qan gölünə çevirmək haqqında yenidən mahnı oxumalıyıq?" - Koçaryan

"İstanbulu qan gölünə çevirmək haqqında yenidən mahnı oxumalıyıq?" - Koçaryan
27 Sen 2024 15:40

Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri Andranik Köçəryan diqqət çəkən açıqlamalar verib. O, keçirdiyi brifinqdə jurnalistin təxribat xarakterli sualına ironiya ilə cavab verib. Jurnalist Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xoşməramlı bəyanatı ilə bağlı soruşub. 

Koçaryan isə belə cavab verib: "Sizcə, biz İstanbulu qan gölünə çevirmək haqqında yenidən mahnılar oxumalıyıq? Biz sülhə doğru getməliyik”. Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdən sonra bildirib ki, Ermənistan Türkiyədən Azərbaycanla sülhün bərqərar olmasına yardım etməsini istəyir.

“Bütün regional güclər sülhün əldə edilməsinə yönəlməlidir. Turkiyənin də üzərində işləməli olduğu bəzi şeylər var”, - Köçəryan bildirib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər