“Pəhləvilərə baş əymək namussuzluq, şərəfsizlikdir”.
Bu sözləri Türkiyə mediasına açıqlama verən Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri doktor Mahmudəli Çöhrəqanlı deyib.
İranla bağlı sualları cavablandıran Çöhrəqanlı Rza Pəhləvinin onunla təmasa girərək qurulacaq yeni İranda hakimiyyətə gələcəyi təqdirdə ona Azərbaycan vilayətində ən yüksək vəzifəni təklif etdiyini vurğulayıb. Jurnalistin siz bu təklifi qəbul etmədinizmi? sualına isə hərəkat liderinin cavabı belə olub:
“Rza Pəhləvinin atası 1946-ci ildə 35 minə yaxın soydaşımızın başına elə oyunlar açıb ki, mən o hadisələri dilimə belə gətirə bilmirəm. Qızlarımıza, ana və bacılarımıza Tehran ordusunun əsgərləri təcavüz edib. Bunları unudub Pəhləvilərə qulluq etmək, onlara baş əymək şərəfsizlik, namuzsuzluqdur. Mən bu təklifi qəbul etsəm, o cinayətlərə şərik olmuş olaram. Biz demokratik türk milliyətçi hərakatıyıq, istədiyimiz insanımızın milli, mənəvi və maddi hüquqlarının tam qorunduğu bir ölkədə yaşamaqdır. Bundan artıq bir şey istəmirik”.