“Paşinyan ölkəsində daxili auditoriyanı idarə edə bilmir“ - Politoloq

“Paşinyan ölkəsində daxili auditoriyanı idarə edə bilmir“ -  Politoloq
25 Apr 2024 10:48

"Ermənistanla Rusiyanın münasibətləri getdikcə gərginləşəcəkdir. Ermənistan 2023-cü il 17-i martdan etibarən Rusiyanın bütün qırmızı xəttlərini keçməyə başladı".

Politoloq Mehman İsmayılov bunu News365.az-a açıqlamasında deyib.

"Ermənistan Putinin həbsinə verilmiş beynəlxalq cinayət məhkəməsinin qərarına qoşulanda geriyə dönüşü olmayan bir nöqtəyə ayaq basdı. Praqada 2022-ci il oktyabrın 6-da Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünu tanıyanda Rusiya ilə Ermənistan münasibətlərinin artıq düzəlməyəcəyi ortaya çıxdı. Rusiya indi öz geosiyasi istiqamətini dəyişib Şərqə, bu da Azərbaycansız mümkün deyil. İndi Rusiyanın strateqləri anlayırlar ki, geosiyasi tərəzidə Ermənistanla Azərbaycanı eyni çəkidə görmək olmaz. Burdanda  onların gərginliyi artmağa başlayır. Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında rəsmən bəyan etdi ki, fəaliyyətimizi dondurmuşuq.  Paşinyan rejimi digər tərəfdən öz ölkəsində daxili auditoriyanı idarə edə bilmir. Çünki Paşinyana qarşı erməni kilsəsi, daşnaqlar bütün radikal terrorçü təşkilatlar Paşinyan rejiminə qarşı çönüblər. Digər tərəfdən onlar Rusiyanın xüsusi xidmət orqanları ilə bağlıdırlar. Paşinyana Makronun, Fransanın və Qərbin etdiyi təyziq var ki, Rusiyanın regiondan sıxışdırıb çıxardılması yolunda addımlar atsın"- deyə bildirib. 

Vəfa Vəliyeva, News365.az

 


Youtube kanalımız

Oxşar xəbərlər