"Partlayış səsləri olacaq: Təşvişə düşməyin..." - Müdafiə Nazirliyindən ÇAĞIRIŞ

"Partlayış səsləri olacaq: Təşvişə düşməyin..." - Müdafiə Nazirliyindən ÇAĞIRIŞ
10 İyn 2025 12:28

Pirəkəşküldə istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək.   

News365.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, sözügedən döyüş sursatları iyunun 10-13-də təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv ediləcək: 

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".


Sizin reklam burada
Sizin reklam burada