Ötən gün “Liverpul”la qarşılaşmada “Qarabağ”ın hücumçusu Musa Qurbanlı ilə azərbaycanlı azarkeş arasında maraqlı dialoq yaşanıb.
Həmin görüntülər sosial şəbəkədə yayılıb.
Futbolçu azarkeşlərdən birinin zarafatla “papaya de, oyunçu alsın”, “Musa, başqana de, oyunçu alsın, pul xərcləsin” deyə qışqırıb.
Musa Qurbanlı isə buna gülərək reaksiya verib.
Qeyd edək ki, Musa Qurbanlı komandanın baş məşqçisi Qurban Qurbanovun oğludur.