Pakistanda terror: İki gündə 20-yə yaxın insan öldü

Pakistanda terror: İki gündə 20-yə yaxın insan öldü
13:40

Pakistanın Xayber-Paxtunxva əyalətində son 48 saatda baş verən terror hücumları nəticəsində 15 polis əməkdaşı və 4 mülki şəxs həlak olub.

News365.az xəbər verir ki, bu barədə AFP polis rəsmisinə istinadla məlumat yayıb.

Onun sözlərinə görə, daha iki polis isə oğurlanıb və hələ də onlardan xəbər yoxdur.

Pakistan ordusunun həyata keçirdiyi 4 əməliyyat nəticəsində 26 silahlının məhv edildiyi bildirilib.

Hücumların əksəriyyətinin “Pakistan Talibanı” (Təhriki-Pakistan) qruplaşması tərəfindən həyata keçirilyi qeyd olunub.


Sizin reklam burada
Sizin reklam burada