Ötən il aşkarlanan küçə uşaqlarının sayı məlum olub

Ötən il aşkarlanan küçə uşaqlarının sayı məlum olub
16 May 2025 11:12

Ölkədə 2024-cü ildə davamlı olaraq aparılan monitorinqlərlə aşkarlanmış 100 küçə uşağından 86-nın ailəsinə səfər edilib.

News365.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nda (2024-cü il) əksini tapıb.

Qeyd edilib ki, baxımsız vəziyyətdə olan 5 uşaq Agentliyin sığınacağına, 1 uşaq körpələr evinə yerləşdirilib, 30 uşağın şəxsiyyətini təsdiq edən sənədlərin alınmasına dəstək verilib, təhsildən yayınan uşaqlar Elm və Təhsil Nazirliyinə, sağlamlıq problemləri ilə əlaqədar isə TƏBİB-ə yönləndirilib.


Sizin reklam burada
Sizin reklam burada