On min manatlıq cehizlik əşyalar oğurlayan şəxs saxlanılıb

On min manatlıq cehizlik əşyalar oğurlayan şəxs saxlanılıb
20:40

Səbail rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb.

News365.az xəbər verir ki, zərərçəkən polisə müraciət edərək övladı üçün cehiz məqsədilə aldığı, ümumi dəyəri 10 min manat olan məişət əşyalarının hissə-hissə oğurlandığını bildirib.

Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən 33 yaşlı Ağabala Əhmədov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada