ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens İranla danışıqlarda ABŞ nümayəndə heyətinə rəhbərlik edə bilər.
News365.az xəbər verir ki, bu barədə "Quardian" Pakistandakı mənbələrə istinadən məlumat yayıb.
"Parlamentin spikeri Məhəmməd Bağır Qalibaf İranın əsas müzakirəçisi kimi çıxış edə bilər",- mənbə bildirib.
Nəşrin İrandakı mənbələri isə deyib ki, Tehran Vaşinqtona inamını itirib və ABŞ prezidentinin nümayəndəsi Stiv Uitkoff, eləcə də Amerika liderinin kürəkəni, əvvəllər tərəflər arasında təmaslar üzrə danışıqlar qrupuna rəhbərlik etmiş Cared Kuşnerlə dialoq aparmaq niyyətində deyil.
Vurğulanıb ki, nümayəndələrin görüşü bu həftə Pakistanın paytaxtı İslamabadda baş tuta bilər.