Sabahdan yağıntı intensivləşəcək, dolu yağacaq - XƏBƏRDARLIQ

Sabahdan  yağıntı intensivləşəcək, dolu yağacaq - XƏBƏRDARLIQ
16:23

Azərbaycanın rayonlarının bəzi yerlərində martın 25-dən 30-u səhərədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

News365.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Yağıntıların ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.


Sizin reklam burada
Sizin reklam burada