Xırdalan şəhər sakini Aşurova Mehbarə Əli qızı Abşeron Rayon İcra hakimiyətindən şikayətçidir.
News365.az xəbər
verir ki, şikayətçi evinə yaxın ərazidə qanunsuz tikinti aparıldığını iddia
edib:
“Xırdalan şəhər Heydər Əliyev prospekti 20-də yaşayıram. Mən çıxılmaz vəziyyətdə
qalmışam. Evimin bünövrəsini qazırlar. Bu bizim üçün böyük təhlükədir. Hər an faciə yaşana bilər. Burada mən 5 uşaq
saxlayıram. Lakin onlar bizim həyatımız üçün təhlükə yaradır. Bu işi görənlərə
etirazımı bildirdim. Bəlli oldu ki, onların bu işi görmək üçün heç bir sənədi
yoxdur. Tikinti qanunsuzdur. Amma onalr işi dayandırmırlar”.
Mehbarə Aşurova aidiyyatı qurumlara da
müraciət etdiyini bildirib.:
“Bu işlə əlaqdədər Abşeron rayon memarı Kənan müəlimin qəbuluna getmişəm. Əvvəlcədən
ərizə ilə müraciət etməyimə və qəbul günü olduğuna baxmayaraq, məni qəbul etmədilər.
Özü də orada idi. Çox gözlədikdən sonra məcburiyyətdən çıxıb getdim. Sonradan
işi görənlər mənə bildirdi ki, onlara bu işi görmək üçün elə Kənan müəllim icazə
verib. Özü də deyib ki, bayram günlərində işi görüb, bitirin. Belə etsəz bayram
olduğu üçün vətəndaşın şikayətinə heç bir qurum baxmayacaq. Həqiqətən də nə İcra hakimiyyəti, nə də başqa qurum mənim səsimə
səs vermir.
Üzümü
tuturam ölkə rəhbərliyinə Cənab Prezident, xahiş edirəm bu məsələnin həllində mənə
kömək edəsiz. Demirəm tikinti tamam dayandırılsın evimlə lazimi məsafə
saxlanılsa, bu mənə kifayətdir”.