Hazırda Azərbaycanda minlərlə şəxsin orqana ehtiyacı var".
News365.az xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin sədri Yeganə Abbasova "Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər" mövzusunda keçirilən dəyirmi masa çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O, qeyd edib ki, hazırda 4642 şəxs dializ olunur:
"Onların donor ola biləcək insanlara ehtiyacı var. Azərbaycanda ilk meyit orqan transplantasiyasından sonra bu mexanizmlə donor olmaq istəyənlərin sayı 1200-ü keçib".