Havalar soyuduqca
qayğılarımız artır. Bu qayğılardan biri də xəstələnməkdir. Artıq qrip
qapımızadır desək yanılmarıq.
Nəzərə alaq
ki, dərmanlar da kifayət qədər bahadır. Türkəçarə müalicə isə o qədər də
effektiv deyil.
Məsələ ilə
bağlı News365.az -a danışan həkim Vaqif Qarayev deyir
ki, dərmanlar bahadır:
“Bu problem
Milli Məclisdə deputatlar tərəfindən də səsləndirilib bir neçə dəfə. İndi hökumət
də etiraf edir ki, dərman idxalına kifayət qədər vəsait xərclənir. Bunun ilk və
əsas səbəbi odur ki, özümüz dərman istehsal etmirik! Elə insanlar var ki,
ömürboyu dərman qəbul etməlidir, yaşamaq üçün! Çatdıra bilirlərmi? Yox!
Bir məsələ də
var. Türkiyədə dərmanlar kifayət qədər ucuzdur. Necə olur ki, Gürcüstanda eyni
türk preparatı bizə nisbətən dəfələrlə ucuz satılır? Bu məsələ Gürcüstanda
hökumətlərarası danışıqlarla tənzimlənir. Məncə, biz də edə bilərik. Xəstələnməyin!
Sağlam olun!”
News365.az