"Nənəmin təndiri" kimi tanınan obyektdə insident yaşanıb.
News365.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Şikayətçi xanım iddia edir ki, mağazadan "Xaçapuri" alan xanım içinin "küf" bağladığını görüb və bununla bağlı şikayət edib. Amma məhsulu geri qaytaran satıcı onları yenidən vitrinə qoyaraq satmaq istəyib. Xanım bu hala şikayət etsə də şəxs ona qeyri etik ifadələr işlədərək problem yaradıb. Videonu sosial media hesabında yayan xanım bildirir ki, hazırda məsələ polisin nəzarətindədir.