Neft kəskin ucuzlaşmadan sonra yenidən bahalaşdı 1 0

Neft kəskin ucuzlaşmadan sonra yenidən bahalaşdı  1  0
12:20

Neft qiymətləri ötən gün kəskin ucuzlaşmadan sonra yenidən bahalaşıb.

News365.az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.

Bakı vaxtı ilə saat 09:13-ə qədər Londonun ICE birjasında may ayına çatdırılma ilə "Brent" markalı neftin füçerslərinin qiyməti 3.84 dollar (3.84%) artaraq bir barel üçün 103.78 dollara çatıb. Dünən isə "Brent" markalı neftin qiyməti 12.25 dollar (10.92%) azalaraq bir barel üçün 99.94 dollara düşmüşdü.

Nyu-York Ticarət Birjasında (NYMEX) WTI markalı xam neftin may ayına çatdırılma ilə füçerslərinin qiyməti 3.39 dollar (3.85%) artaraq bir barel üçün 91.52 dollara çatıb. Bir gün əvvəl isə WTI markalı xam neft 10.1 dollar (10.28%) ucuzlaşaraq bir barel üçün 88.13 dollara düşmüşdü.


Sizin reklam burada
Sizin reklam burada