Neft bu tarixdən kəskin bahalaşacaq

Neft bu tarixdən kəskin bahalaşacaq
18 Sen 2024 09:30

ABŞ-da davam edən prezident seçkiları kampaniyası  getdikcə qızışır. Nəzərə alaq ki, bu kampaniya dünyada baş verən proseslərə də ciddi təsir edir. Hətta bu prosesin neftin qiymətinə də təsiri var.

Məsələ ilə bağlı News365.az –a danışan iqtisadçı ekspert Eldəniz Əmirov bildirdi ki, Trampa edilən suiqqəəstdən sonra neft qiymətində enişlərin olması bunu bir daha təsdiqlədi:

“Tramp seçilərsə neft qiymətini salacağını dediyi üçün investorlar tələbi azaltdı. Trampa atılan gülllə onun reytiniqi yüksəltdi və Azərbaycan neftinin qiyməti son illərin rekordu qədər azaldı və 75 dollara düşdü.

Sonra Kamala Harris debatda Trampı üstələdi və Tranpın reytinqi düşdü. Onun reytinqi düşən kimi 75 dollaradək enən Azərbaycan nefti dərhal qalxmağa başladı.

2 gün əvvəl isə Trama yenidən qəəsd etməyə cəhd olubdu və bu yenidən onun reytini yüksəltdi və yenə neft ucuzlaşmağa başladı.

Göründüyü kimi bu proses idarə edilən xaos şəklini alıb. Noyabrın 5-dən sonra neft qiymətləri yenidən yüksəlməyə davam edəcək və ölkənin maliyyə məsələlərilə bağlı riskləri sığortalayacaq”.

News365.az


Youtube kanalımız

Oxşar xəbərlər