Myanmadakı zəlzələlərdə 5 çinli həlak oldu

Myanmadakı zəlzələlərdə 5 çinli həlak oldu
04 Apr 2025 10:17

Myanmada baş verən 7,7 və 6,4 maqnitudalı iki zəlzələdə həlak olanlar arasında Çin vətəndaşları da var. 

News365.az bu barədə xarici KİV-ə istinadla xəbər verir. 

Məlumata görə, zəlzələ nəticəsində 5 Çin vətəndaşı həlak olub, 13 nəfər yaralanıb. 

Çinin Myanmardakı səfirliyi hadisə ilə bağlı açıqlama yayaraq zəlzələlərdən təsirlənən Çin vətəndaşları barədə məlumat verib. 

Bildirilib ki, səfirlik və baş konsulluq həlak olanların ailələrinə və zərərçəkən digər vətəndaşlara lazımi yardım və dəstəyi göstərir.


Sizin reklam burada
Sizin reklam burada