Qaradağın Qobustan qəsəbəsində yerləşən “Şeyx Lounge” restoranının yandırılmasına görə daha bir nəfər tutulub.
DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Əməli törətməkdə şübhəli bilinən daha bir nəfər - C.Ağazadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, hadisə fevralın 8-i saat 23:00 radələrində baş verib. daha əvvəl hadisə ilə bağlı 2 nəfər saxlanılmışdı.
Yanğının baş verməsinə ilkin səbəb olaraq 2 nəfərin öz aralarında yaranmış mübahisə göstərilir. Belə ki, mübahisə davaya çevrildikdən sonra tərəflərdən biri obyektdə yanğın törədib. Ardınca isə müştərilərin hadisə yerini tərk edə bilməməsi üçün qapını arxadan bağlayıb.