Büdcənin əsas xərcləri bu il sosial sahəyə, eyni zamanda müdafiə və təhlükəsizliyə yönəldilib.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədri Arzu Nağıyev News365.az-a açıqlamasında bildirib ki, bu tədbirlər sülhün qorunması və möhkəmləndirilməsi məqsədi daşıyır.

"Müdafiə və təhlükəsizliyə 8 milyard 717 milyon manatdan artıq vəsait ayrılır.
Müdafiə və təhlükəsizlik xərcləri təkcə Müdafiə Nazirliyini deyil, eyni zamanda bu sahədə cavabdeh olan bütün qurumları əhatə edir. Vəsait yeni silahların alınması, təlimlərin keçirilməsi və NATO standartlarına uyğun addımların atılmasına yönəldilir."