Moskvada 31 yaşlı azərbaycanlı faciəvi şəkildə öldü

Moskvada 31 yaşlı azərbaycanlı faciəvi şəkildə öldü
11:25

Rusiyanın paytaxtı Moskvada azərbaycanlılar ağır qəzaya düşüblər.

News365.az xəbər verir ki, 1994-cü il təvəllüdlü Fərid Ramiz oğlu Bədəlovun idarə etdiyi avtomobil gecə saatlarında maneəyə çırpılıb. Nəticədə F. Bədəlov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Onun yeznəsi və avtomobildə olan digər 2 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Bildirilib ki, qəzaya düşən şəxslər Moskvada tikinti şirkətində çalışıb və avtomobil şirkətə məxsus olub. Onlar işdən çıxıb evə gedərkən yolda qarşılarına qəfil piyada çıxıb. Piyadanı vurmaqdan yayınmaq istəyən Fərid avtomobilin idarəetməsini itirib və maşın maneəyə çırpılıb. Bu zaman maneəyə bərkidilmiş metal hissə avtomobilin şüşəsini qıraraq salona daxil olub və sürücünün başına ağır xəsarət yetirib.

Qeyd edək ki, vəfat edən şəxs Şəkinin Baş Küngüt kəndinin sakinidir.


Sizin reklam burada
Sizin reklam burada