Moqerini saxlanıldı

Moqerini saxlanıldı
17:48

Belçika polisi Avropa İttifaqının (Aİ) Xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerinini saxlayıb.

News365.az xəbər verir ki, bu barədə “Le Soir” qəzeti hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Onun Avropa Kolleci üçün keçirilən tenderdə dələduzluq hallarının baş verməsi ilə bağlı saxlanıldığı deyilir.

Ümumilikdə iş üzrə 3 nəfər saxlanılıb. Onlardan birinin Avropa Xarici Fəaliyyət Xidmətinin keçmiş baş katibi, italyan diplomat Stefano Sanninonun olduğu bildirilir.

Qeyd edək ki, F. Moqerini 2014-2019-cu illərdə Aİ-nin Xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi vəzifəsində çalışıb. 2020-ci ildən isə Avropa Kollecinin rektoru olaraq fəaliyyət göstərir.


Sizin reklam burada
Sizin reklam burada