Macarıstanın baş naziri Viktor Orban diqqət çəkən açıqlamalar verib. O, bildirib ki, “ruslar ancaq güc dilini başa düşürlər”. Ona görə də Avropa belə bir mövqedən danışıqlar aparmalıdır. Lakin hazırda Avropa zəifliyinə görə bunu edə bilmir. Onun sözlərini Fransanın LCI telekanalı sitat gətirib.
"Hesab edirəm ki, ruslar yalnız güc dilini başa düşür və Avropa da bu səbəbdən güclü olmalıdır. Danışıqlar güclü mövqedən aparılmalıdır. Təəssüf ki, biz indi zəif mövqeyik. Ona görə də amerikalılara ehtiyacımız var. Lakin uzunmüddətli perspektivdə Avropa daha da güclənməlidir. Rusiya ilə strateji razılaşma lazımdır, ancaq buna yalnız güclü Avropa nail ola bilər", - Orban deyib.
Onun sözlərinə görə, Avropa İttifaqı Rusiya lideri Vladimir Putin haqqında deyil, özü haqqında düşünməlidir. O xatırladıb ki, qitənin öz maraqları var.
Tural