Macaristanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bəyan edib ki, Avropa İttifaqının Ukraynaya maliyyə yardımı planları Budapeşt üçün qəbuledilməzdir.
News365.az-ın məlumatına görə, O bildirib ki, Macaristan Avropa Komissiyasının Ukraynaya 300 milyard avrodan artıq yardım ayırmasını nəzərdə tutan təklifini ədalətsiz hesab edir.
“Biz istəmirik ki, macar vergi ödəyicilərinin pulları Ukraynaya köçürülsün. Bu, bizim üçün qəbuledilməzdir. Hazırkı şəraitdə biz Ukraynanın Avropa İttifaqına üzvlüyünü də qəti şəkildə dəstəkləmirik,” – deyə nazir ABŞ-ın CNN telekanalına verdiyi müsahibədə bildirib.
Siyarto vurğulayıb ki, Budapeşt Avropa İttifaqının siyasətində maliyyə və siyasi prioritetlərin dəyişməsinə qarşıdır və milli maraqları əsas götürür.
News365.az