Los-Ancelesdə iğtişaşlar: Milli Qvardiya yeridilib?

Los-Ancelesdə iğtişaşlar: Milli Qvardiya yeridilib?
08 İyn 2025 19:15

ABŞ Milli Qvardiyası nümayişlər və qarşıdurmalar fonunda ictimai asayişi qorumaq üçün Los-Ancelesə yerləşdirilməyib.


News365.az xəbər verir ki, bu barədə Los-Anceles meri Karen Bass X səhifəsində yazıb.


O, ABŞ Prezidenti Donald Trampın Los-Ancelesə Milli Qvardiyanın yeridilməsi ilə bağlı açıqlamasını təkzib edib:


"Milli Qvardiya Los Ancelesdə yerləşdirilməyib".


Mer Los-Ancelesdə asayişin qorunmasına görə, Kaliforniya şəhəri və ştatın hüquq-mühafizə orqanlarına, eləcə də onun qubernatoru Gevin Nyusoma təşəkkür edib.


Qeyd edək ki, cümə günü Los-Ancelesdə qeyri-qanuni mühacirlərin kütləvi saxlanması başlayıb. Şənbə günü axşam saatlarında ən azı 44 nəfər immiqrasiya qanunlarını pozmaqda ittiham olunaraq həbs edilib. Hüquq-mühafizə orqanlarının addımlarına cavab olaraq şəhərdə nümayişlər başlayıb.


Etirazçılar hüquq-mühafizə orqanlarının işinə mane olmağa çalışıb, yolu bağlayıb, İmmiqrasiya və Gömrük Mühafizəsi əməkdaşlarına daş və müxtəlif predmetlər atıblar.


Bu sırada Prezident Donald Tramp Los-Ancelesdə iğtişaşlarla mübarizə apardığına görə Milli Qvardiyaya təşəkkür edib.


Sizin reklam burada
Sizin reklam burada