Lənkəranda 36 yaşlı qadın evində ÖLÜ tapıldı

Lənkəranda 36 yaşlı qadın evində ÖLÜ tapıldı
13:16

Lənkəran rayonunun Ləj kəndində qadın meyiti aşkar edilib.

 News365.az xəbər verir ki, 1989-cu il təvəllüdlü kənd sakini Nigar Heydərovanın meyiti yaşadığı ünvanda tapılıb. Üzərində zorakılıq əlamətlərinin olmadığı bildirilir.

Meyit daxili və xarici müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Ekspertiza nəticəsində ölümün dəqiq səbəbi müəyyən olunacaq.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada