“Kurulus Osman”da tarixi yanlışlıq

“Kurulus Osman”da tarixi yanlışlıq
22 Apr 2024 09:33

Hazırda ölkəmizdə ən çox baxılan ATV-də yayımlana “Kurulus Osman” serialıdır. Tarixə hadisələrə əsasən çəkilən serialın son bölümündəki bir fraqment xeyli təəccüb doğurub. Bu da Orxan bəyin toy mərasimidir. Son bölümdə Orxan bəy  Elçim hatun adlı biri ilə evlənir. Serialda Elçim Hatun Gündüz bəyin qızıdır.

Halbuki tarixdə Orxan Qazinin 3 arvadı olub.

1. Nilüfer Hatun (Holoforia)

2. Asporça Hatun (Şahzadə Asporşa)

3. Teodora Hatun (Teodora Kantakuzini)

Bütün tarixi mənbələrdə belədir, onun üç arvadı da Bizanslıdır. Yəni Orxan Qazinin türk arvadı yoxdur və onun Elçim hatun adlı həyat yoldaşının olması heç bir tarixi mənbədə qeyd olunmur. Serialda Elçim hatunun atası Gündüz bəy əslində Osman Qazinin böyük qardaşıdır.

Gündüz bəyin tarixi mənbələrdə Elçim adlı qızı yoxdur. Bundan əlavə Gündüz bəy 1299-cu ildə İnegöl mühasirəsində şəhid oldu.

Elçim hatun adlı tarixi personaj mənbələrdə Kutalmışoğlu Süleyman Şahın qızı və Kılıçarslanın bacısı kimi qeyd olunur və onun adı Elçim hatun deyil, Elçin hatundur...

Yəni serialda Orxan Qazi ilə uydurma obrazla evlənməsi tamaşaçıların etirazına səbəb olub.

İlhamə Qiyas, News365.az


Sizin reklam burada
Sizin reklam burada