Rusiyada maraqlı hadisə baş verib Tümen vilayətinin sakini küçədə tapdığı sarı rəngli pişik balasının ona uğur gətirdiyini iddia edib. Rusiya Milli Lotoreyasının mətbuat xidmətinin yaydığı məlumata görə həmin şəxs pişiyin sayəsində lotereyada 21 milyon rubldan çox pul udduğunu deyib: "Qadın bu rəngli pişiklərin uğur gətirməsinə dair inanclara inanır".
Uğur gətirən pişik balasını Fart adlandırıblar.
Qeyd edilib ki, şanslı şəxs hüquqşünasdır və "Super 8" onlayn lotereyasında 21 880 354 rubl udub. Qadın qalib gəldiyi gün gözlənilmədən yeni ev heyvanı saxlamağa başlayıbmış. "O, küçədə tərk edilmiş pişik balalarını tapıb, onlardan birini tutub və özü üçün götürmək qərarı verib. Şanslı qadın belə hesab edir ki, lotereyada ona bəxt gətirən məhz bu rəngdə olan ev heyvanı olub"".
Qalib həmçinin 500 rubla təsadüfi iki bilet aldığını və təsadüfi nömrələr seçdiyini etiraf edib. Qadın uduşunu dəqiq necə xərcləmək istədiyinə hələ qərar verməyib.
Tural