Konstitusiya Günü: Sənəd 30 ildir sabitlik və hüquqi nizamı təmin edir

Konstitusiya Günü: Sənəd 30 ildir sabitlik və hüquqi nizamı təmin edir
14:55

Bu gün, 12 Noyabr – Azərbaycanın Konstitusiya Günüdür. Bu sənəd təkcə hüquqi akt deyil, həm də dövlətçiliyimizin, müstəqilliyimizin və milli kimliyimizin təməlidir.

"1995-ci ildə qəbul edilən Konstitusiya Azərbaycan xalqının suveren iradəsini, dövlətin dünyəvi, demokratik və hüquqi xarakterini rəsmiləşdirdi."

Politoloq Tural İsmayılov bu sözləri News365.az-a açıqlamasında deyib. 


"Bu sənədin ən böyük gücü onun zamanın sınaqlarından çıxmasındadır – 30 ilə yaxın müddətdə ölkədə sabitlik, hüquqi nizam və idarəetmədə ardıcıllıq təmin olunub. Konstitusiya dövlətin institutlarını sistemləşdirərək, siyasi hakimiyyətin bölgüsünü və balansını qoruyub. Prezidentlik institutu üzərində formalaşan idarəetmə modeli isə ölkənin müstəqillik illərində qarşılaşdığı təzyiqlərdən çıxmasında mühüm rol oynayıb.

Eyni zamanda Konstitusiya hüquqi islahatların əsasını qoyub – insan hüquqlarının qorunması, mülkiyyət azadlığı, fikir və söz azadlığı kimi prinsiplər bu sənəddə aydın şəkildə ifadə olunub. Hüquq sistemi məhz bu bünövrə üzərində modernləşərək Avropa hüquq standartlarına inteqrasiya yolunda addımlar atıb. Konstitusiya həm də Azərbaycan cəmiyyətində dövlət-vətəndaş münasibətlərini hüquqi əsaslara oturdub. Bu gün ölkədə siyasi sabitliyin davamlı olması, məhz konstitusion idarəçiliyin təmin etdiyi tarazlığa söykənir.

Konstitusiyanın gücü ondan ibarətdir ki, o, dəyişən dünyaya adaptasiya oluna bilir, lakin milli ruhunu qoruyur. Hər bir islahat, hər bir siyasi yenilənmə bu sənədin prinsiplərinə söykənir. Məhz buna görə Azərbaycan Konstitusiyası dövlətin sabitliyinin qarantı və gələcəyin inkişaf xəritəsidir."


Sizin reklam burada
Sizin reklam burada