«Kəpəz»in baş məşqçisi Azər Bağırov Gəncə şəhərində onun üçün kirayələnmiş mənzildə qalmaqdan və xidməti avtomobildən imtina edib.
O, klubun büdcəsinə qənaət etmək məqsədilə bu addımı atıb.
İki aydır bazada məskunlaşmış mütəxəssis «sarı-göylər»i əlavə xərcdən qurtarıb. Bağırov bununla həmin məbləği komandanın digər vacib xərclərinə yönəldib.
Bu, onun kluba ilk belə jesti deyil.
9000 manat maaş alan Adil Şükürovdan fərqli, həmkarı və köməkçiləri xeyli aşağı məbləğə çalışmağa razılıq verib. Buradan yığılan məbləğlə 2 yeni legionerin alınması mümkün olub.