Polşa Prezidenti Andjey Duda Ukraynaya səfər edib.
News365.az xəbər verir ki, bununla bağlı Ukrayna KİV məlumat yayıb.
Bildirilib ki, Duda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək. Həmçinin Ukraynanın Konstitusiya Gününə həsr olunmuş tədbirdə iştirak edəcək.
Qeyd edək ki, iyunun əvvəlində Duda Ukrayna Prezidenti Volodimir Zelenskiyə prezidentlik müddəti bitməmiş Ukraynaya səfər edəcəyini söyləmişdi.
Xatırladaq ki, Karol Navroçki Polşanın yeni Prezidenti seçilib. O, avqustun 6-da vəzifəsinin icrasına başlamalıdır.
Duda daha öncə Navroçki ilə görüş keçirib, onlar Ukraynanın NATO-ya üzvlüyü məsələsini müzakirə ediblər.
“Ukrayna əleyhinə bəyanatlar verən Navroçkinin vəzifəyə gəldikdən sonra bu ölkəyə başqa prizmadan baxacağına ümid edirəm”, - o bildirib.