Qazaxıstanlı jurnalist və müxalifətçi Aidos Sadıkov Kiyevdəki evinin yaxınlığında qətlə yetirilib.
Bu barədə onun həyat yoldaşı Natalya Sadıkova “Facebook”da məlumat verib.
“İlkin məlumata görə, naməlum şəxs əlində tapança ilə zərərçəkmişin və onun həyat yoldaşının olduğu avtomobilə tərəf qaçıb, kişiyə atəş açıb, sonra isə yoxa çıxıb”, – Ukrayna Baş Prokurorluğunun mətbuat xidməti bildirib.