“Kilsənin nüfuzunun artırılması Paşinyanı narahat edir”.
Politoloq Aytən Qurbanova News365.az-a açıqlamasında bildirib ki, Ermənistanda son dövürlər baş verən həbslər fonunda kilsənin nüfuzunun artırılması Paşinyanı narahat edir” -sənin nüfuzuna zərbə vurmaq cəhdləri diqqətçəkicidir.
Onun sözlərinə görə, bu proseslər təkcə hüquqi çərçivədə deyil, həm də ideoloji və ictimai sahədə baş verir:
“Həbs tədbirlərindən öncə kilsənin nüfuzunun zəiflədilməsi istiqamətində bəyanatların paylaşılması təsadüfi deyildi. Şübhəli fiqurların adlarının hallanması, qarşılıqlı ittihamların ortaya atılması, lakin bu iddiaların sübut olunması üçün konkret addımların atılmaması məsələni qeyri-ciddi göstərdi. Bu isə cəmiyyətdə fikir ayrılığı və qeyri-müəyyənlik yaratmaq məqsədi daşıyırdı”.
Politoloqun fikrincə, səsləndirilən ittihamlar kilsənin cəmiyyətdəki müqəddəs obrazına ciddi zərbə vurub:
“Bu ittihamların fonunda kilsənin formalaşdırdığı müqəddəs obraz dağıdıldı. Bununla yanaşı, hakimiyyətlə bağlı potensial təhdidlər də ön plana çıxarılaraq, atılan addımlar gələcəkdə xalq iradəsinə söykənən qərarlarla əsaslandırılmağa çalışılır. Paşinyanın seçki ilə hakimiyyətə gəlməsi də bu addımları legitimləşdirmək üçün istifadə olunur”.
Aytən Qurbanova əlavə edib ki, Ermənistanda kilsənin nüfuzunun artması hakimiyyət üçün təhlükə kimi qiymətləndirilir:
“Görünən odur ki, kilsənin nüfuzunun artması Paşinyanda ciddi narahatlıq doğurur. Ermənistan cəmiyyətində illərlə ideoloji birliyi təmin edən əsas amil Qarabağla bağlı revanshizm idi. Lakin Qarabağın işğaldan azad edilməsindən sonra bu ideologiyanın real dayaqları zəifləyib. Buna baxmayaraq, revanshist qruplar hələ də mövcuddur və cəmiyyətdə parçalanma davam edir. Artıq bəzi təbəqələr bu ideologiyanın iflasa uğradığını anlayır və proseslərin fərqli istiqamətlərə yönəlməsi ehtimalı artır”.
Qurbanova sonda vurğulayıb ki, bütün bu proseslər Ermənistanın daxili siyasi sabitliyinə təsirsiz ötüşməyəcək