İti paltaryuyan maşında yuduğu üçün cinayət işi açıldı

İti paltaryuyan maşında yuduğu üçün cinayət işi açıldı
26 Dek 2024 12:05

Rusiyada heyvanlara qarşı dəhşət sərgiləyən şəxs gündəm olub.

Belə ki, Petropavlovsk-Kamçatskidə prokurorluq 37 yaşlı yerli sakinə qarşı heyvanlara qarşı amansızlıq maddəsi ilə cinayət işi açıb. Bu barədə Rusiya mediası adıçəkilən qurumun mətbuat xidmətinə istinadən məlumat yayıb.

"İş materiallarına görə, 2024-cü ilin oktyabr ayında bir şəxs xuliqanlıq niyyəti ilə Eş adlı iti paltaryuyan maşının barabanına salaraq proqramı işə salıb. Ev heyvanının sahibi bunu hiss edib. O, dərhal cihazı dayandırıb, qapını sındırıb və iti azad edib. Bundan sonra heyvanı baytarlıq klinikasına aparıb, orada heyvan tam xilas edilib",- məlumatda qeyd edilib.

Tural


Youtube kanalımız