İsraildə "ŞİN Bet"-in rəhbərinin qardaşı düşmənə yardım etməkdə ittiham edildi

İsraildə "ŞİN Bet"-in rəhbərinin qardaşı düşmənə yardım etməkdə ittiham edildi
14:40

İsrailin Kəşfiyyat və Daxili Təhlükəsizlik Təşkilatı (Şin Bet)-in rəhbərinin qardaşına cinayət işi açılıb. İsrail prokurorluğu onu müharibə zamanı düşmənə yardım etməkdə ittiham edib.

News365.az BBC-yə istinadən xəbər verir ki, David Zininin qardaşı Bezalel Zini HƏMAS-a külli miqdarda siqaret satmaqda günahlandırılır. Bezalel Zini müharibə vaxtı qaçaqmalçılıq yolu ilə HƏMAS-a təxminən 117-min dollar dəyrində 7000-qutu siqaret satıb. Zininin HƏMAS-ın şişirdilmiş qiymətə  siqaret satışından külli miqdarda gəlir əldə edəcəyini bilə-bilə bu addımı atması düşmənə yardım etmək kimi qiymətləndirilib.


Sizin reklam burada
Sizin reklam burada