İşə qəbul imtahanı əlverişsiz havaya görə təxirə salındı

İşə qəbul imtahanı əlverişsiz havaya görə təxirə salındı
09:13

Martın 1-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin II mərhələsi (test imtahanı) paytaxtda müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar təxirə salınıb.

News365.az xəbər verir ki, bununla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, imtahanın keçiriləcəyi yeni tarixlə bağlı əlavə məlumat veriləcək.

Qeyd edək ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin II (test imtahanı) mərhələsinin təxirə salınması ilə bağlı namizədlərin qeydiyyatdan keçdiyi mobil telefon nömrəsinə SMS göndərilib.


Sizin reklam burada
Sizin reklam burada