İranda növbəti itki: 3 nüvə alimi həyatını itirdi

İranda növbəti itki: 3 nüvə alimi həyatını itirdi
14 İyn 2025 14:55

İranda İsrailin zərbələri zamanı daha üç nüvə üzrə alimin öldürüldüyü bildirilir.   

News365.az xəbər verir ki, bu barədə "Tasnim" məlumat verir. 

Agentlik həmçinin öldürülən alimlərin adlarını açıqlayıb - Əli Bekai Kərimi, Mənsur Əsgəri və Səid Borci. 

Dünən İsrailin hücumu nəticəsində altı İran nüvə aliminin həlak olduğu bildirilmişdi. İsrail Müdafiə Ordusu da "9 İran aliminin məhv edildiyini" bəyan etmişdi.


Sizin reklam burada
Sizin reklam burada