İran hərbçiləri Əbu Nəsr Fərahi limanından qanunsuz şəkildə İrana keçmək istəyən 10 əfqanıstanlını güllələyib.
News365.az xəbər verir ki, bunu Taliban hökumətinin Fərah əyalətindəki mərkəzi komandanlığının sözçüsü Nəsim Bədri özünün "X" səhifəsində yazıb.
O, daha iki əfqanıstanlının da itkin düşdüyünü və onların taleyi barədə məlumat əldə etməyin mümkün olmadığını bildirib.