Orta Şərqin mühüm ölkələrindən biri olan İran, həm enerji ehtiyatları, həm də geosiyasi mövqeyi ilə diqqət çəkir. Regionun ən güclü dövlətlərindən biri sayılan İran, dünya üzrə neft ehtiyatlarına görə Səudiyyə Ərəbistanından sonra ikinci yerdə qərarlaşıb. Bundan əlavə, ölkə Rusiyadan sonra dünyanın ikinci ən böyük təbii qaz istehsalçısıdır.
News365.az xəbər verir ki, İran eyni zamanda, dünya üzrə neft daşımalarının təxminən yarısının həyata keçirildiyi Bəsrə körfəzinə ən uzun sahil xəttinə sahib olan ölkədir. Bu isə onun enerji daşımalarında strateji mövqeyini daha da gücləndirir.
Diplomatik münasibətlərə gəlincə, İran hələ də ABŞ və İsraili rəsmi olaraq tanımayan nadir ölkələrdən biridir. Bundan başqa, ölkə İraqdan sonra nüvə silahı istehsalı ilə bağlı beynəlxalq ittihamlarla qarşılaşıb. Qeyd edək ki, eyni ittihamlarla üzləşən İraq 2003-cü ildə ABŞ tərəfindən işğal edilmişdi. Maraqlıdır ki, işğaldan bir il yarım sonra ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) İraqda nüvə silahı olmadığını rəsmi şəkildə bəyan etmişdi.