İran nüvə silahını tamamlamaq ərəfəsindədir - Kəşfiyyat

İran nüvə silahını tamamlamaq ərəfəsindədir - Kəşfiyyat
17:14

Amerika kəşfiyyatı bir qrup iranlı alimlərin nüvə silahını tez bir zamanda yaratmaq üzərində işlədiyini müəyyən edib.

News365.az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) yazır.

NYT yazır ki, kəşfiyyat məlumatlarına görə, iranlı mühəndislər və silah mütəxəssisləri nüvə silahının istehsal müddətini bir neçə aya qədər başa çatdırmağa çalışırlar.

Məlumatlar prezident Co Baydenin administrasiyasının son aylarında toplanıb və seçilmiş prezident Donald Trampın Milli Təhlükəsizlik komandası ilə paylaşılıb. 

Rəsmilər İranın nüvə silahı hazırlamaq astanasında olduğunu bildirirlər. 

Mövzu çox güman ki, çərşənbə axşamı, fevralın 4-də Donald Trampın İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündə müzakirə olunacaq. 


Sizin reklam burada
Sizin reklam burada