Yeni peyk görüntüləri İranın İsfahan nüvə kompleksində təhlükəsizlik tədbirlərini gücləndirdiyini göstərir.
News365.az xəbər verir ki, 9 fevral tarixli görüntülərə əsasən, obyekt ərazisindəki bütün tunel girişləri torpaqla örtülüb.
Ekspertlər bunu mümkün hava zərbələri və ya xüsusi əməliyyat risklərinə qarşı müdafiə xarakterli addım kimi dəyərləndirir.
Analitiklərin fikrincə, bu addım İranın əvvəllər də hərbi eskalasiya ehtimalı fonunda həyata keçirdiyi önləyici təhlükəsizlik tədbirlərini xatırladır və regionda gərginliyin davam etdiyini göstərir.