Türkiyə xarici işlər naziri Hakan Fidan ilə Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı olub.
News365.az xəbər verir ki, bu barədə Pakistan XİN-in məlumatında deyilir.
Qeyd olunub ki, tərəflər Yaxın Şərq regionundakı son hadisələri müzakirə ediblər. Həmçinin sülh, sabitliyin təşviqi üzrə dialoqun və davamlı diplomatik səylərin vacibliyi vurğulanıb. Nazirlər bu xüsusda sıx təmasda qalmaq barədə razılığa gəliblər.