"Biz faktiki olaraq ABŞ-nin danışıqlar təklifini rədd etdik və cavab olaraq yeni təklif hazırlayırıq".
News365.az "Azad İran"a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı deyib.
"ABŞ-nin təklifi qəbuledilməzdir, çünki bu, danışıqlar prosesinə uyğun təklif deyil. İran öz variantını tamamladıqdan sonra Oman vasitəsilə ağlabatan, məntiqli və balanslı bir təklif təqdim edəcək", - XİN rəhbəri əlavə edib.