İlham Zəkiyev: "Bu qələbəmi Azərbaycan xalqına həsr edirəm"

İlham Zəkiyev: "Bu qələbəmi Azərbaycan xalqına həsr edirəm"
07 Sen 2024 20:59

Bu qələbəmi Azərbaycan xalqına həsr edirəm.

News365.az bildirir ki, bunu "Paris-2024" Yay Paralimpiya Oyunlarında bürünc medal qazanan Azərbaycan paracüdoçusu İlham Zəkiyev deyib.

+90 kq çəki dərəcəsində yer alan idmançı 6-cı dəfə paralimpiadada mübarizə apardığını xatırladıb:

"Bir az hazırlığımdan razı deyildim. Zədələr ucbatından hazırlığım istədiyim səviyyədə keçməmişdi. Bununla belə bürünc medal qismət oldu. Paralimpiadada istənilən medal qələbə deməkdir. Çox sevinirəm, bu medalda çox insanın əziyyəti, zəhməti var – məşqçilər, məşq yoldaşları, ailə, komitə, federasiya. Hamısına təşəkkürümü bildirirəm. Çox şükür Allaha bu qələbəni bizə yaşatdı. Yaşasın, Azərbaycan! Nəhayət, biz sərhədləri tam bərpa olunmuş Azərbaycanın adından çıxış edirik. Üçrəngli bayrağımızı çalışacağıq həmişə zirvələrdə saxlayaq"./Report


Youtube kanalımız

Oxşar xəbərlər