İlham Əliyevin təyyarə qəzası ilə bağlı irəli sürdüyü şərtlər qanunidir

İlham Əliyevin təyyarə qəzası ilə bağlı irəli sürdüyü şərtlər qanunidir
30 Dek 2024 14:07

Azərbaycan Prezidenti İlham Əliyevin AZAL təyyarəsinin Qazaxıstanda qəzaya uğraması ilə bağlı irəli sürdüyü şərtlər qanunidir.

News365.az xəbər veri ki, bunu Türkiyənin "HaberGlobal" telekanalının efirində türkiyəli jurnalist Güngör Yavuzaslan deyib.

O, Prezident İlham Əliyevin AzTV-yə müsahibəsində Rusiyanın bu hadisəni qəsdən törətmədiyini, lakin hadisənin ört-basdır etməyin doğru olmadığı ilə bağlı fikirlərinə diqqət çəkib:

"Azərbaycanın diplomatik təzyiqi Rusiya Prezindeti Vladimir Putinin iki dəfə telefon danışığı aparmasına gətirib çıxardı. Beynəlxalq mülki aviasiya qaydalarına görə, əgər ərazidə risk varsa, Azərbaycan təyyarələri daxil olmaqla heç bir ölkənin sərnişin təyyarəsi həmin xəttə daxil edilməməli idi".

G.Yavuzaslan təyyarənin qəza halında yaxın hava limanlarına endirilməsinə icazə verilməməsi halının bu hadisədə ən çox müzakirə edilməli məsələ olduğunu da bildirib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib. Dekabrın 29-da isə 3-ü ekipaj üzvü olmaqla 24 nəfərin nəşi ölkəyə gətirilib.

Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Eyni zamanda Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə sərəncam imzalayıb.

Dövlət başçısı həmçinin qəzada həlak olan ekipaj üzvlərini - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevanı Azərbaycanın Milli Qəhrəmanı adı, xəsarət alan ekipaj üzvləri - Zülfiqar Sərdar oğlu Əsədov və Aydan Vaqif qızı Rəhimlini isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edib.

İlkin məlumata görə, təyyarə fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb

Daha ətraflı videoda:


Youtube kanalımız