news365.az xəbər verir ki, Ədirnədəki tarixi İmam Hatibi Salih Tatlı məscidini ziyarət edənlər məscidin minarəsindəki təxminən bir metr uzunluğa malik ildırım ötürücü borunun yerində olmadığını görüblər. Dərhal əraziyə polis çağrılıb. Oğurluğu törədən şəxs və ya şəxslərin tapılması istiqamətində araşdırmalara başlanılıb.